REGİONLAR


“Qənaətcil büdcəm” adlı maarifləndirici təlimə 60-dan çox gənc qatılıb

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə Naxçıvan Müəllimlər İnstitutu Beynəlxalq Müəllimlər Günü münasibətilə birlikdə “Qənaətcil büdcəm” adlı maarifləndirici təlim təşkil edib.

Maliyyə Tədris Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 60-dan çox gəncin cəlb olunduğu təlimin məqsədi gənclərin maliyyə savadlılığı üzrə biliklərini artırmaqla, maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqlarını yüksəltməkdir.

Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov gənclər arasında bu kimi tədbirlərin keçiriliməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb. Qeyd olunub ki, gənclərin maliyyə sahəsində olan biliklərinin yüksəldilməsi onların qənaət vərdişlərini artırmaqla gələcəyə dair iqtisadi planlar qurmaları üçün faydalı olacaq. Rektor dünyanın bir çox ölkələrində mütəmadi olaraq maliyyə savadlılığı üzrə təlimlərin keçirildiyi və bunun insanlara öz maliyyə vəsaitlərindən düzgün istifadə etməyi aşılamaq məqsədi daşıdığı bildirilib.

Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova çıxışında mərkəzin fəaliyyəti barədə məlumat verib, düzgün maliyyə qərarlarının verilməsinin gənclərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olduğunu onların diqqətinə çatdırıb. Qeyd edilib ki, maliyyə cəhətdən savadlı olan gənclərin gündəlik həyatda qarşılaşdıqları maliyyə vəziyyətlərinə qarşı öz problemlərini düzgün həll edə bilmə və planlı şəkildə qərarlar alma qabiliyyətləri yüksək olur. Mehriban İmanova gələcəyin müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, çıxışını ulu öndərimiz Heydər Əliyevin müəllim haqqında dəyərli fikirləri ilə tamamlayıb.

Sonra Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında keçirilən təlim zamanı büdcə və fərdi büdcənin mahiyyəti izah edilib, pul vəsaitlərindən effektiv istifadə olunma yolları, büdcə qurmağın addımları, büdcənin planlaşdırılmasının əhəmiyyəti, maliyyə hədəfləri, qənaət, borc, investisiya və digər mövzularla bağlı təqdimat edilib. “Şuşa”, “Suqovuşan”, “Xarıbülbül”, “Xudafərin” adlı 4 komandanın iştirak etdiyi təlimdə mövzuya uyğun olaraq interaktiv mərhələ olub və bu nəticələrə uyğun olaraq qalib komandalar müəyyən edilib.

Sonda qalib komandaya və təlim müddətində fərqlənən tələbələrə mərkəz tərəfindən sertifikat və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.