DÜNYA
Qəndaharda NATO konvoyuna hücum: alyans itkilər verib
Bakı, 2 avqust, AZƏRTAC
Çərşənbə günü Əfqanıstanını Qəndahar vilayətində NATO-nun hərbi konvoyu hücuma məruz qalıb. Alyansın bu ölkədə fəaliyyət göstərən missiyası hücum nəticəsində itkilər olduğunu bildirib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, itkilərin nədən ibarət olduğu açıqlanmır. “Qətiyyətli dəstək” missiyası təsdiqləyə bilər ki, bu gün Qəndaharda NATO konvoyuna hücum olub. Hücum nəticəsində itkilər var”, - alyansın missiyanın rəsmi saytında yerləşdirilən bəyanatında belə deyilir. Qeyd olunur ki, insident barədə əlavə informasiya toplanması üzərində iş gedir.
Bir qədər əvvəl Tolo News telekanalı xəbər vermişdi ki, terrorçu-kamikadze xarici hərbçilərin Qəndahar aeroportu istiqamətində hərəkət edən konvoyuna avtomobillə hücum edib. Yerli qubernatorun mətbuat xidməti isə alyansa məxsus nəqliyyat vasitələrindən birinin zədələndiyi barədə məlumat yayıb.