MƏDƏNİYYƏT


“Qənimət” filminin premyerası izləmə rekordu qazanıb

Bakı, 15 avqust, AZƏRTAC

“20th Century Studios”-un məlumatına görə, “Qənimət” filmi “Hulu” videoyayım platformasında izləmə rekorduna imza atıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, rejissoru Den Traktenberq olan “Qənimət” filmi “Hulu”da üç günlük yayım ərzində indiyə qədər tammetrajlı bədii film və seriallar arasında ən yüksək reytinq qazanan layihə olub. Filmin premyerası, həmçinin “Star+” və “Disney+”da ilk üç gün ərzində izləmə rekordu qazanıb.

Ekran əsərində əsas rolları Dakota Bivers, Stormi Kipp, Culian Blek Antilop və Deyn Dilego canlandırıblar.

Qeyd edək ki, film Qərb kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.