İQTİSADİYYAT


Qənirə Paşayeva: “Əsgərə məktub” kimi aksiyalara çox böyük ehtiyac var

Bakı, 23 iyun, AZƏRTAC

Ölkəmizdə “Azərpoçt” MMC tərəfindən təşkil olunan “Əsgərə məktub” kimi aksiyalara çox böyük ehtiyac var. Layihə çərçivəsində hər bir azərbaycanlının əsgərimizə, bir hərbçiyə öz arzu və istəklərini məktub vasitəsilə çatdırması bu insanlara həm də xoş əhval-ruhiyyə bəxş etmək, onlara mənəvi dayaq olmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva iyunun 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı keçirdiyi aksiyada jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məktubla əsgərlərə kiçik də olsa hədiyyə göndərmək imkanının yaradılması ilə təşkilatçılar gözəl bir iş görüblər.

Q.Paşayevanın fikrincə, belə missiyalar davamlı olmalıdır. Müxtəlif bayramlarda da əsgərlərə məktub və hədiyyə göndərmək imkanı yaratmaq, onlara sevinc hissi bəxş etmək çox gözəl təşəbbüsdür. Bununla əsgərlərimiz özünü fərqli bir ruhda hiss edirlər.

Dəfələrlə cəbhə bölgələrində olduğunu deyən Qənirə Paşayeva belə aksiyaların əsgərlərimiz üçün böyük məna daşıdığını və onu böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.