Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qənirə Paşayeva: Azərbaycan Prezidentinin prinsipial, qəti mövqeyi qürurvericidir

Qənirə Paşayeva: Azərbaycan Prezidentinin prinsipial, qəti mövqeyi qürurvericidir

Bakı, 9 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Prezidentinin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, mühüm çağırışlar mediamızın, vətəndaş cəmiyyəti institutlarımızın, ümumilikdə, cəmiyyətimizin müzakirə mövzusudur. Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri, ümumilikdə, respublikanın mövcud durumu ilə bağlı geniş fikirləri, hadisələrə prinsipial, qəti mövqe nümayiş etdirməsi qürurvericidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, Prezidentin müsahibəsində xüsusi vurğu edilən sahələrdən biri iqtisadiyyatdır. Bir yandan qlobal pandemiya, digər yandan neftin qiymətinin ucuzlaşması ölkənin iqtisadiyyatına təsirsiz ötüşmədi. Buna baxmayaraq, belə bir çətin vəziyyətdə heç bir sosial layihə təxirə salınmadı. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Prezident cari ildə 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin ediləcəyini, şəhid ailələri üçün 1500 mənzilin istifadəyə veriləcəyini və orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərin 400-dən çox mənzillə təmin olunacağını bildirdi. Bundan başqa, ünvanlı sosial yardım alanların sayının artırılaraq 85 min ailəyə çatdırılması, işsizlərin, o cümlədən qeyri-formal sahədə işləyənlərin dəstəklənməsi, pandemiyadan zərər çəkmiş sahələrdə çalışanlara maddi yardım göstərilməsi və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Deputat bildirib ki, qlobal pandemiya səbəbindən iqtisadiyyatda müəyyən problemlər olsa da, 2020-ci ilin ilk beş ayının yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox, qeyri-neft sənayesində isə 16 faiz artım olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi cari ilin altı ayı ərzində respublikamızın valyuta ehtiyatlarında yalnız 98 milyon dollar azalmaya səbəb olub, yəni, kəskin ucuzlaşma kəskin azalmaya gətirib çıxarmayıb.

Q.Paşayeva deyib: “Xalqımız, dövlətimiz hər zaman nəcibliyi, xeyirxahlığı ilə nümunə olub. Hazırkı çətin vəziyyətdə Azərbaycanın qlobal həmrəyliyə və əməkdaşlığa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dövlətimiz bu günə qədər otuzdan çox ölkəyə humanitar yardım göstərib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, ölkəmiz humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir. Biz yardıma ehtiyacı olan ölkələrə humanitar və maliyyə yardımı göstəririksə, deməli, ayaqda möhkəm duran ölkəyik. Məhz bu səbəbdən Prezident Azərbaycanın dünyada çox yüksək imicə malik ölkə olduğunu bildirdi”.

Deputat dövlətimizin COVID-19 virusu ilə mübarizədə gördüyü işlərdən və hazırkı vəziyyətdən də danışıb. Bildirib ki, hazırda dünya ölkələrinin əksəriyyəti yenidən məhdudlaşdırıcı tədbirlərə əl atır, sərt karantin rejiminə qayıdır. Çünki heç bir ölkə vaksin tapılmayana qədər özünü tam şəkildə sığortalamış hesab edə bilməz. Müqayisə etsək, görərik ki, əhalisinin sayı bizim respublikamızla eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 min nəfərdir.

Deputat qeyd edib ki, əgər fevral ayında Azərbaycanda ümumilikdə 6 laboratoriya var idisə, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Test sayı 500 mini ötüb və adambaşına düşən testlərin sayına görə Azərbaycan təqribən 15-dən çox ölkəni qabaqlayaraq 40-cı yerdə qərarlaşıb.

“Tətbiq edilən məhdudiyyətlər insanların sağlamlığının qorunması üçündür. Qayda, karantin rejiminin tələbləri vəzifəsindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq hər kəs üçün eynidir. Məsuliyyətli olaq ki, bu çətin günlər arxada qalsın, yenidən adi həyatımıza qayıdaq. Dövlətin həyata keçirdiyi tədbirlər, ölkə rəhbərinin yüksək siyasi iradəsi, fədakar həkimlərimiz, qaydalara riayət edən və anlayış göstərən vətəndaşlarımız varkən daha müsbət nəticələr uzaqda deyil”, – deyə Qənirə Paşayeva bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əmək haqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur