SİYASƏT


Qənirə Paşayeva: Ermənistan rəhbərliyi Azərbaycanın girovluqda olan mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir VİDEO

Strasburq, 8 aprel, AZƏRTAC

Azərbaycanlı iki məcburi köçkün - Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Bu mülki şəxslər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüblər. Artıq neçə vaxtdır Azərbaycan hökuməti "hamı hamıya" prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını edib. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin taleyi ilə bağlı səssiz qalacaq?

AZƏRTAC xəbər verir ki, bu sualı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qrup adından Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçə verib.

Dunya Miyatoviç Avropa Şurasının bu işlə məşğul olduğunu, hər iki ölkənin hakim dairələri və vasitəçilər ilə əlaqə saxladıqlarını bildirib. “İki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar. Bu, o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır. Mən çox istərdim bu şəxslərin azad olmasında iştirak edim. Mən bütün bu prosesləri izləyəcəyəm. Liderlər əmin olmalıdır ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir”, - deyə o bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.