SİYASƏT


Qənirə Paşayeva Türkiyənin Lokman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb

Bakı, 18 iyul, AZƏRTAC

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyənin Lokman Həkim Universitetinin (LHU) nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə iki ölkə arasında mədəniyyət, təhsil də daxil olmaqla, ən müxtəlif əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın hər keçən gün daha da inkişaf etməsindən məmnunluq ifadə olunub.

Görüşdə 44 günlük Vətən müharibəsində və müharibədən sonra Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq və qonşuluq münasibətlərinin özünün xüsusi mərhələsi ilə seçildiyi qeyd edilib. Q.Paşayeva Şuşa Bəyannaməsinin bu planda tarixi hadisə olduğunu vurğulayıb: “Şuşa Bəyannaməsində mədəniyyət, elm-təhsil və digər bir çox sahələrdə əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması kimi mühüm məsələlər də əhatə olunub. Ümidvaram, LHU kimi önəmli təhsil və elm ocaqlarının da bu planda öz töhfələri olacaq”.

LHU-nun idarə heyətinin sədri Mehmet Altuğun başçılıq etdiyi nümayəndə heyətinə universitet rektorunun müşaviri professor Ayşe Karaduman, Səhiyyə elmləri fakültəsinin və Tibb bacısı şöbəsinin rəhbəri professor Fatma Öz, Əczaçılıq fakültəsinin dekanı professor Belma Gümüşel daxildir.

Komitə sədri ilə LHU nümayəndə heyətinin görüşündə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.