Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qənirə Paşayeva: Vətən müharibəsi bizim şanlı tariximizdir

Qənirə Paşayeva: Vətən müharibəsi bizim şanlı tariximizdir

Bakı, 29 sentyabr, AZƏRTAC

27 sentyabr tarixi bir dönəmin başlanğıc günüdür. Bir başlanğıc günü, eyni zamanda, bir dönəmin də qapandığı günü ifadə etməkdədir.

Qırx dörd gün davam edəcək müharibə başlamaya bilərdimi? Ermənistanın Azərbaycan torpaqlarını işğalının aradan qaldırılmasının qeyri-hərbi yolu mümkün idimi? Suallar çoxdur. Ancaq bu istiqamətdə bütün sualların yalnız bir cavabı var: Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanı, dünya erməniliyini və onların havadarlarını dayandırmaq lazım idi və Azərbaycan bunu etdi. Yəni müharibə qaçılmaz idi.

Söhbət Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətindən gedir. Az-çox tarixdən başı çıxanlar bilir ki, əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağa ermənilərin köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti gizli və ya açıq şəkil alaraq qərinələr boyu davam edib. Çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dövrdən bəri ermənilər bizim toponimləri dəyişməyə başlayıb, münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Ermənilər hələ İrəvana (Qərbi Azərbaycana) köçürülməmişdən əvvəl Qarabağda məskunlaşdırılıb.

Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Vətən müharibəsi və tarixi Zəfər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən fürsətcil erməni qəsbçiləri 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vandalcasına qətliama uğradıb, soyqırımı aktları törədib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansız qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan, Göyçayda, hətta Arazın o tayında on minlərlə dinc azərbaycanlı əhali soyqırımı aktına uğradılıb, yaşayış yerlərindən qovulub, işgəncələr görüb.

Yeri gəlmişkən, Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş soyqırımları heç də Arazın bu tayındakı soyqırımı aktlarından geri qalmayıb. Urmuda, Xoyda, Səlmasda, Makuda, çoxluğunu azərbaycanlılar təşkil edən qəsəbələrdə, kəndlərdə də belə hadisələr törədilib. Üstəlik, Şərqi Anadoluda - Qarsda, Ərdəhanda, Ərzurumda da eyni vaxtda – sanki bir sistem halında vandalizm, soyqırımı aktları törədilib.

Yəni coğrafi məkan qorxunc dərəcədə böyükdür və dünya erməniliyinin, onların himayədarlarının bu soyqırımları məqsədyönlü törətdikləri danılmaz faktdır. Bax, 27 sentyabradək olan dönəm bu qədər uzaqlardan başlayır.

Təəssüflər ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” sovet dönəmində nəinki dayandırılıb, hətta davam və inkişaf etdirilib. Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib. 1948-1953-cü illərdə isə Ermənistanda – Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub. Onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından, yurdundan zorla çıxarılıb. Bununla da Ermənistan faktiki monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı başıboş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə nəticələnib.

İlk siyasi-hüquqi qiymət

Çox təəssüflər ki, Arazın hər iki tərəfində soyqırımlar uzun illər gizli saxlanılıb. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırımı siyasətinə Ümummilli Lider ilk dəfə 1998-ci il martın 26-da imzaladığı Fərmanla tarixi qiymət vermiş oldu. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Xalqımız, dövlətimiz hər il soyqırımı qurbanlarını anır, yaddaşını təzələyir, beynəlxalq ictimaiyyəti məlumatlandırır. Tariximiz – bütün uğurları və uğursuzluqları ilə, sevinci və kədəri ilə bizimdir.

Ermənilərin davamlı işğal siyasəti

Rəsmi İrəvanın hərbi cinayətləri uzun illər davam edib. Azalıb-artıb amma kəsilməyib. 1988-1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətl edilib. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simasını (simasızlığını) göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 Fevral – Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, bədnam 366-cı motoatıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirib. Xocalı soyqırımında 613 nəfər, onlardan 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, neçə nəfər əsir və girov götürülüb, işgəncə görüb.

Beləliklə, Ermənistanın işğalına son qoymaq üçün güc tətbiq etməkdən savayı yol qalmamışdı. Bu işdə ikili standartlar – beynəlxalq riyakarlıqlar da az rol oynamayıb.

Azərbaycan BMT-nin, ATƏT-in edə bilmədiyini özü 44 gün ərzində yerinə yetirib

Müvafiq nizamlanma üçün 1992-ci il martın 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı. Bununla da illərlə aparılan danışıqlar nəticəsiz qaldı. İşə baxın ki, işğalçı ölkə Ermənistanla işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişəni sülh, yəni danışıqlar yolu ilə həll etməyə çalışdı. Digər bir təşkilat – bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı. Sentyabrın 27-də başlayan müharibə Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Azərbaycan BMT-nin, ATƏT-in edə bilmədiyini özü 44 gün ərzində yerinə yetirdi.

İşğalın ağır fəsadları, davamlı erməni təxribatları

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi yurddaşlarımızı doğma el-obasından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına, mədəni irsinə də ağır zərbə vurdu. Ermənistan bu müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma saldı, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv edildi. Ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vuruldu.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanımızın əvəzsiz mədəniyyət abidələri də məhv edildi. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illərdir viran qalıb.

Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyri-ciddi, konstruktiv münasibəti səbəbindən bir nəticə vermədi. Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz döyüşlərindən nəticə çıxarmağı bacarmadı. Hər kəs görürdü ki, Azərbaycan dövləti və xalqı işğalla qətiyyən barışmayacaq. Lakin ermənilər bu döyüşlərdən nəinki nəticə çıxarmadı, üstəlik, respublikamıza qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı açıqlamalardan çəkinmədi.

Azərbaycan xalqının səbiri tükəndi

2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Nəhayət, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

Qırx dörd günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə sentyabrın 27-də bütün cəbhəboyu əks-hücuma keçən şanlı Ordumuz I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri geri qaytardı. İkinci Qarabağ müharibəsi şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Sübut olundu ki, Azərbaycanın Zəfəri heç bir xarici qüvvəyə, dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini, Ordumuzun gücünü, Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcəssüm etdirir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. Qırx dörd günlük müharibə “XXI yüzilliyin müharibəsi necə olur?” sualına cavab vermiş oldu. Yəni, ləyaqətli müharibə, elektron hərb yeniliklərinin, konkret olaraq, PUA-ların tətbiqi ilə əski üsullar və əski silahların yararsızlığı sübut olundu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması haqqında Bəyanat imzalandı.

Vətən müharibəsi Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu.

İkinci Qarabağ müharibəsində 2907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı, 6 nəfər isə hələ də itkin sayılır. Şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizin öz sağlamlıqlarına qovuşmasını, itkinlərimizin tapılmasını Tanrıdan diləyirik.

Bəli, tarixi Zəfərimiz tarixdən silinməyəcək böyük hadisədir. Azərbaycanın şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu, xalqın ruhunu dirçəltdi. Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Ləyaqətli Zəfər qazanmış Azərbaycan dövləti qürurludur, alnıaçıq, üzü ağdır.

Azərbaycan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin başlandığı günün – 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Eyni zamanda, paytaxtımızda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunur. Ayrıca, Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində II Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. “Dəmir yumruq” abidəsi isə artıq işğaldan azad edilmiş şəhər və kəndlərimizə yaraşıq verməkdədir.

Vətən müharibəsində Qələbə münasibətilə orden və medalların təsis olunması iştirakçılara yüksək diqqətin, eləcə də, Zəfərimizin əbədiləşdirilməsinin – gələcək nəsillər üçün qiymətli irsə çevrilməsinin təcəssümüdür. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

44 günün daha 4 məqamı

1) Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlı hər gün döyüşləri izləyir və Azərbaycanın uğurlarına sevinirdi. Həmvətənlərimizin, soydaşlarımızın ürəyi 44 gün içində hər an tarixi Vətənlə bir döyündü;

2) Peşəkarlıq və döyüş hazırlığını artıran birgə hərbi təlimləri xüsusilə vurğulamalıyıq. Müxtəlif dövrlərdə, qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevretmə səriştəsi əsaslı şəkildə artıb. Ümumilikdə Vətən müharibəsi Azərbaycanla Türkiyənin sarsılmaz dostluq-qardaşlığının bir daha təsdiqi oldu. Qardaş ölkənin mənəvi, siyasi-diplomatik dəstəyi Zəfərin qazanılmasında əvəzsiz rol oynadı.

3) Qırx dörd günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Zəfər qazandı, tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı.

4) Çox fərqli təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni təslim olmağa məcbur etdi. Qəhrəman hərbçilərimizin yenilməz ruhu, peşəkarlığı, igidliyi hesabına, əziz şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Zəfərinə şahid oldu.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?