Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qənirə Paşayevanın həmmüəllif olduğu “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabının təqdimatı keçirilib

Bakı, 15 avqust, AZƏRTAC

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva, dosent Faiq Ələkbərli ilə birgə yazmış olduğu, Türkiyə türkcəsində nəşr olunan “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabının Ankarada – Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (Türkiye-Azerbaycan Dostluk ve İşbirliği Vakfı; TADİV) “Şuşa” Konqres mərkəzində baş tutan təqdimat mərasimində çıxış edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Q.Paşayeva ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyinə, tarixi şəxsiyyətlərimizin tanıdılmasına verdiyi töhfələrdən və klassik irsə yüksək həssaslıqla yanaşmasından söz açıb. O, Prezident İlham Əliyevin bu məqsədyönlü siyasəti uğurla davam etdirərək önəmli strategiya yürütdüyünü vurğulayıb və istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident Sərəncamını da bu yöndə mühüm hadisə olaraq şərh edib.

İllər keçsə də Əhməd Cavadın könüllərdə yaşadığını bildirən Q.Paşayeva, onun Stalin repressiyasının qurbanı olduğunu vurğulayıb: “Repressiyalar, məhdudiyyətlər şairin adını ürəklərdən silə bilmədi. O, bu gün türk dünyasını sevən könüllərdə yaşayır. O, çox əzab-əziyyət çəkdi lakin öz idealından, milli iradədən geri durmadı. Bu gün Əhməd Cavadın ruhu şaddır. Çünki o, bizim könlümüzdən heç vaxt çıxmamışdı və sevən könüllər onu builki yubileyində də yad edir. Özü də 44 günlük Azərbaycan Vətən müharibəsindəki tarixi zəfərin fərəhi, qüruru içində! – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu, bizim – Azərbaycanın və Türkiyənin müştərək qələbəsidir!

Bəli, bu gün Əhməd Cavadın adı da, əsərləri də dillər əzbəridir. Azərbaycanın Dövlət Himninin sözləri Əhməd Cavada aiddir. Onun “Çırpınırdı Qara dəniz” şeiri türk dünyasının dil əzbəridir.

Əhməd Cavad Turan aşiqi idi və bu gün Turan idealı həyata keçirilir, Türk Dövlətləri Təşkilatı yaranıb, ortaq türk qurumları getdikcə daha güclü fəaliyyət göstərir. Görürük ki, Əhməd Cavadın qərinələr öncə yazdığı “Turan” şeiri bu günlərimizə inamın ifadəsi olub.

Dərin minnətdarlıqla qeyd edirik ki, dövlət başçılarımız türk birliyinin tərəfdarı olub, onların işıqlı yolunu bugünkü dövlət başçılarımız həyata keçirir. Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Cümhurbaşqanı Qazi Mustafa Kamal Paşa Atatürk “Müəllimlər, yeni nəsil sizin işiniz olacaq” deyib. Ümummilli liderimiz Heydər Əliyev “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyib. Əhməd Cavad da məhz maarifçilik, cüm¬huriyyət idealı və davası sözləri ilə türk millətinin gələcəyində elmin, təhsilin, maarifin önəmini vurğulayıb”.

Sözlərinə davam edən Q.Paşayeva deyib: “XX yüzilin əvvələrində Anadolu insanı Sarıqamış faciəsinin ağrı-acısını yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan qardaşlarımıza çatdırılması, millətimizin səsini daha geniş duyurmaq üçün çalışırdı. Yetim qalan qız uşaqlarını uyğun ortamlı ailələrin himayəsinə veriməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. O, Azərbaycan üçün, Türkiyə üçün, türk dünyası üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq türk millətinin acıları onun acısı idi. İstiqlal şairi, mütəfəkkir, maarifçi müəllim Əhməd Cavad heç bir zaman unudulmayacaq, hər zaman sevgi-sayğı ilə anılacaq.

Əhməd Cavad hər cür məhdudiyyətə, basqıya baxmayaraq öz fiziki ömrü boyu türklük fikrindən, vətəncanlı ziyalı mövqeyindən geri durmadı. Baxmayaraq ki, bu gün Əhməd Cavadın məzarı yoxdur... amma adı milyonların ürəyində uca yerdədir.

Heç təsadüfi deyil ki, Ankarada Əhməd Cavadın möhtəşəm heykəli ucaldılıb və may ayında heykəlin təntənəli açılışı oldu”.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini bir daha vurğulayan Q.Paşayeva tarixə ekskursiya edib, paralellər aparıb: “Əcdadımız – Azərbaycan türkləri Çanaqqalada canlarını qurban verməklə, Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusu mənsubları Azərbaycanın ağır günlərində köməyə gələrək, şəhid olaraq, bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncələr bir daha öyrədiblər. 44 günlük müharibədə Türkiyənin güclü mənəvi, siyasi, diplomatik, informasiya dəstəyi əcdadımızın ruhunu şad etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin ötən il imzaladığı “Şuşa Bəyannaməsi” əcdadımızın ənənələrinin parlaq davamı, gələcək nəsillərin yolgöstərənidir. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizlər qədər bizimdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox yiyə durması gərəkdir. İnanıram ki, gənclərimizin çoxu məhz bu ruha, duyğu-düşüncəyə sahibdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” tarixi kəlamları, eləcə də, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən böyük öndər Atatürkün, indiki Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı tarixi sözləri bizim üçün çox əzizdir.

Bəli, biz bu gün istiqlal şairimizin adının, sözünün işığına yığışmışıq. Dəyərli yeni nəsil alimlərimizdən Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazdığımız “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kitabının ilk təqdimatındayıq. Ümidvarıq ki, bu kitab qardaş ölkə Türkiyədən olan Cavadsevərlərə yaxşı bir yubiley töhfəsi olacaq.

Artıq deyildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. “Şuşa İli”mizdə istiqlal şairimizi dövlət səviyyəsində anmaq, bu gün isə qardaş ölkənin paytaxtı Ankarada anmaq çox gözəl, rəmzi bir hadisədir. Qalib dövlət və qədirbilən xalq olaraq istiqlal şairimizi qürurla anır, ruhunu şad edirik!

Əhməd Cavad, Prezident Sərəncamında da vurğulandığı kimi, ədəbi-bədii fikri tariximizdə özünəməxsus dəst-xətti, üslubu ilə seçilən, istiqlal düşüncəmizdə müstəsna mövqeyə malik ustadlardandır. Canından əziz bildiyi doğma xalqının müstəqillik ideallarına candan-könüldən bağlı olan mütəfəkkir ədibin özünün də, həyat yoldaşı Şükriyyə xanımın da həyatı sədaqət, vəfa, inam və dözüm örnəyi təşkil edir.

Dövlətimizin, xalqımızın Əhməd Cavada bəslədiyi yüksək və həssas münasibət onun mübarizəsinin qətiyyən hədər getmədiyini sübut edən ən önəmli hadisələrdəndir. Əhməd Cavad irsinə münasibət qədirbilənliklə yanaşı, şairin haqq etdiyi sədaqətin, vəfanın parlaq təcallasıdır. Sonrakı illərdə milli məfkurə ilə silahlanmış, istiqlaliyyət və Turan motivlərinə davamlı müraciət etmiş onlarla şair, yazıçımız həm də Əhməd Cavadın yarımçıq qalmış yolunu davam və inkişaf etdirib. Bu yol heç vaxt qırılmayacaq, əbədi davam edəcəkdir!

İstiqlal şairinin ruhu şad, Azərbaycanın və Türkiyənin, bütün türk dövlətlərinin bayrağı uca olsun!”

Q.Paşayeva kitabın nəşrində əməyi keçən hər kəsə, eləcə də, ev sahibi, qurumun rəhbəri professor Aygün Attara təşəkkürünü bildirib. Komitə sədri Ankaradakı Azərbaycan Evinə dünyaşöhrətli sənətkar, Azərbaycan Respublikasının Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmləri silsiləsindən “Azərbaycan xanımı” tablosunu hədiyyə edib.

Qeyd edək ki, Nərgiz Attarın aparıcılığı ilə keçirilən təqdimat mərasimində Türkiyə Cümhurbaşqanlığının Təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, TADİV başqanı professor Aygün Attar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türk-Yapon Fondunun rəhbəri Nejat Bora Sayan, Ankara Universitetinin rektoru, professor Necdət Ünivar, İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Azərbaycanda fəaliyyət göstərən “UMAY - Türk dünyası Qadınlarına dəstək” İB-nin sədri Vəsilə Abulova, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev və başqaları çıxış ediblər.

F.Əliyev belə kitabların və təqdimatların Azərbaycanla Türkiyənin qardaşlıq ruhunun yeni nəsillər tərəfindən dərin idrakı və gələcək yaradıcı nəsillərin milli yöndə fəaliyyətinə töhfə olaraq qiymətləndirib. İstiqlal şairinin həyat və mübarizə yolundan bəhs edən natiq, Əhməd Cavad ömrünü, haqlı olaraq, örnək ömür olaraq şərh edib.

Təqdimatın sonunda Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti adından bütün iştirakçılara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.

Onu da vurğulayaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dos.Dr. Faiq Ələkbərlinin nəşrə hazırladığı “Əhməd Cavad - Türk ruhunun söz bayrağı” adlı kitabın təqdimatı Milli Məclisin Mədəniyyət komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi və TADİV-in birgə təşkilatçılığı ilə keçirilib. Kitabda böyük istiqlal şairinin zəngin mənalı həyat və fəaliyyəti barədə qardaş ölkə ictimaiyyətinə müfəssəl məlumatlar verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb