CƏMİYYƏT


Qərargah: Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir

Bakı, 17 yanvar, AZƏRTAC 

Yanvarın 17-si saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 28-36 metrədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrə çatıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat verilib.

Məlumata görə, respublikanın əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.