ELM VƏ TƏHSİL


Qərb Universiteti Beynəlxalq Visegrad Fondu ilə əməkdaşlığı genişləndirir

Bakı, 26 sentyabr, AZƏRTAC

Qərb Universiteti Beynəlxalq Visegrad Fondu (BVF) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda kiçik və orta müəssisələrin davamlı inkişafı üçün Visegrad dördlüyü ölkələrinin ən yaxşı təcrübələri” adlı layihəni həyata keçirir. Universitetin İqtisadiyyat Məktəbində Çexiyanın Nyuton Kollecinin mütəxəssisi Jiri Nesiba tərəfindən eyniadlı layihə üzrə yeni fənn tədris olunur.

Qərb Universitetindən AZƏRTAC-a bildirilib ki, layihə üç il davam edəcək. Yeni fənni Çexiyanın Nyuton Kollecinin və Polşanın Yegelon Universitetinin mütəxəssisləri tədris edəcəklər.

Qeyd edək ki, BVF Visegrad dördlüyü (Çexiya, Slovakiya, Macarıstan və Polşa) tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Qərb Universiteti tərəfindən icra edilən layihə çərçivəsində təşkil olunan kurslarda Azərbaycanda kiçik və orta müəssisələrin inkişaf siyasəti, müxtəlif iqtisadi aspektləri haqqında məlumatlar verilir, kiçik və orta müəssisələrin davamlı inkişafı məqsədilə V4 ölkələrinin ən yaxşı təcrübələri öyrənilərək tətbiqi üçün konsultasiyalar təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.