REGİONLAR
Qərb bölgəsi Torpaq çərşənbəsində ağ örpəyə büründü FOTO VİDEO
Ağstafa, 15 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Son günlər qərb bölgəsində də hava şəraiti qeyri-sabit, yağıntılı keçir. Torpaq çərşənbəsində Ağstafa və ətraf rayonlara gecədən qar yağır.
AZƏRTAC xəbər verir ki, İlaxır çərşənbədə ağ örpəyə bürünən rayon ərazisindəki avtomobil yollarında çətinlik yaranmayıb. Qarın hündürlüyü 10-15, bəzi yerlərdə 20 santimetrə çatır.
Qarın yağması ilə əlaqədar elektrik enerjisinin verilişində ümumilikdə, ciddi problem yaşanmır. Qaz təchizatında da fasilə yaranmayıb.
Kəndarası və magistral yollarda avtomobillərin hərəkəti normaldır. Yollar qardan təmizlənib.
Qarın yağmasının kənd təsərrüfatının taxılçılıq sahəsinə müsbət təsir edəcəyi gözlənilir.