DÜNYA


Qərb dövlətləri insan hüquqları məsələsindən sui-istifadə edir

Tehran, 15 oktyabr, AZƏRTAC

İllər boyu İran xalqının hüquqlarının pozulmasına göz yuman bəzi Qərb dövlətlərinin insan hüquqlarından danışmağa haqqı yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın məhkəmə hakimiyyətinin insan hüquqları üzrə katibi Baqeri Kaani deyib. O bildirib ki, müasir dünyada insan hüquqları məsələsi siyasi təsir vasitəsinə çevrilib. Milli maraqlarını qoruyaraq siyasət yürüdən dövlətlərə qarşı insan hüquqlarının pozulması iddiası irəli sürülür. Halbuki, illər boyu İrana qarşı tətbiq edilən sanksiyalar insanların bütün hüquqlarını pozur. Lakin heç bir Qərb dövləti bir söz belə deyə bilmir.

B. Kaani bildirib ki, bəzi hallarda ağır cinayət törədən adamların həbsdən azad olunması tələb edilir. Casusluqda və digər ağır cinayətlərdə ittiham edilərək həbs olunan və günahı məhkəmə tərəfindən sübuta yetirilən insanların azadlığa buraxılması tələbi ikili standartlardan xəbər verir.

İnsan hüquqları ümumbəşəri dəyərdir və onun qorunması zəruridir. Lakin insan hüquqlarından siyasi təsir mexanizmi kimi istifadə etmək yolverilməzdir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.