İQTİSADİYYAT
Qərb regionunda elektrik təsərrüfatı yenidən qurulur
Bakı, 13 yanvar, AZƏRTAC
“Azərişıq” ASC respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması istiqamətində kompleks işlər davam etdirilir. Bu məqsədlə ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan 110; 35; 10(6) və 0,4 kilovoltluq (kV) şəbəkələr yenidən qurulub, əsaslı və cari təmiri işləri aparılıb.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətləri üzrə normal və qəzasız iş rejiminin yaradılması məqsədilə tədbirlər həyata keçirilib. Qış aylarında enerji təchizatında heç bir problemin yaranmaması üçün xüsusi proqram hazırlanıb. Proqramın icrası üçün yarımstansiya və transformator məntəqələrində ikinövbəli iş rejimi tətbiq olunub.
Bu dövrdə “Qərb” RETSİ-də 184 Komplekt Transformator Məntəqəsi, 17 kilometr yeraltı kabel, 67,3 kilometr ÖİN kabel, 59,2 kilometr hava xətləri quraşdırılaraq istismara verilıb. Abonentlərə sərfiyyatın düzgün hesablanması üçün yeni tipli 9925 sayğac istifadəyə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]