İQTİSADİYYAT


“Qərbi Abşeron”da 33 nömrəli quyunun tikintisinə başlanılıb

Bakı, 17 avqust, AZƏRTAC

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 730 metr olan 33 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, 33 nömrəli quyunun Qirməki altı lay dəsti (QAD) horizontuna qazılması planlaşdırılır. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 nömrəli, “Qərbi Abşeron” yatağının 20 nömrəli, “Ümid” yatağının 1 nömrəli və “Bulla” yatağında 6 nömrəli dərin dəniz stasionar özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. 2017-ci ildə isə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə “API Spec Q2” Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.