SİYASƏT


Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı ictimaiyyətə müraciət edib

Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı ictimaiyyətə müraciət edib

Bakı, 16 yanvar, AZƏRTAC

Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (Qayıdış konsepsiyası) layihəsi üzərində işini davam etdirir.

İcmadan AZƏRTAC-a bildirilib ki, geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olub.

Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, Qayıdış Konsepsiyasının layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023-cü il saat 18:00-dək [email protected] elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac vardır. Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.