ELM VƏ TƏHSİL


Qərbi Azərbaycan tarixinin sistemli şəkildə öyrənilməsi siyasi hadisə kimi qiymətləndirilməlidir

Qərbi Azərbaycan tarixinin sistemli şəkildə öyrənilməsi siyasi hadisə kimi qiymətləndirilməlidir

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə keçirdiyi görüş və bu görüşdə etdiyi çıxış xalqımızın və dünya azərbaycanlılarının böyük marağına səbəb olub. Ölkə Prezidentinin çıxışı zamanı Qərbi Azərbaycanla və onun mərkəzi İrəvan şəhəri, bu tarixi Azərbaycan torpaqları haqqında söylədiyi mühüm fikirlər, Qərbi Azərbaycan tarixinin bütün məsələlərinin sistemli şəkildə tədqiq olunması və bu tədqiqatların bir neçə dilə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılması məsələsini önə çəkməsi xalqımız üçün tarixi, elmi, siyasi, mənəvi-psixoloji əhəmiyyət kəsb edən böyük bir siyasi hadisə kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov söyləyib.

Tarixçi-alim bildirib ki, Prezidentin çıxışı son 200 il ərzində öz tarixi Vətənindən məhrum edilmış Qərbi Azərbaycan əsilli azərbaycanlılarda öz ata-baba yurdlarına qayıtmaq üçün dərin bir ümid və inam yaratdı. İcmanın fəaliyyət göstərməsi üçün ayrıca binanın ayrılması və onun açılışında ölkə rəhbərinin iştirak etməsi və icma nümayəndələri ilə görüşdə etdiyi çıxış zamanı verdiyi tapşırıqlar strateji xarakter daşıyır və bütün xalqımız üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının Qərbi Azərbaycan torpaqlarına qayıtmaq üçün xüsusi bir konsepsiyanın hazırlanması barədə verdiyi tapşırıq siyasi və strateji xarakter daşıyan bir Qayıdış Proqramının hazırlanması barədə bir sifariş kimi qiymətləndirilməlidir.

“Mən özüm də Qərbi Azərbaycandan olan bir Azərbaycan Respublikasının vətəndaşı kimi Prezidentin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün var qüvvəmlə çalışmağa hazıram. Ölkə rəhbərinin müəyyən etdiyi bu müqəddəs vəzifəni gerçəkləşdirmək üçün böyük gücə və qüdrətə malik Azərbaycan xalqının səfərbər olacağına qətiyyətlə inanıram. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ məsələsini özü həll edən bu böyük xalq, inanıram ki, həm Qərbi Azərbaycan, həm də Cənubi Azərbaycan məsələsini də həll etməyə qadirdir”, - deyə Cəbi Bəhramov fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.