SİYASƏT


Qərbi Azərbaycan torpaqlarına bağlı yüzlərlə vətəndaş öz təkliflərini bildirir VİDEO

Qərbi Azərbaycan torpaqlarına bağlı yüzlərlə vətəndaş öz təkliflərini bildirir  VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

Qərbi Azərbaycan İcması təsis olunduğu günə qədər ölkəmizin bütün ərazilərində, hətta Azərbaycandan kənarda yaşayan 50 milyon azərbaycanlı bu İcmanın fəaliyyətinə yaxından dəstək verməklə bağlı öz fikirlərini səsləndirdilər. İcmanın gələcək fəaliyyətində 44 günlük Vətən müharibəsində olduğu kimi, hər kəs birlik göstərdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı söyləyib.

O bildirib ki, Qərbi Azərbaycan İcması bir aydır yeni binasında fəaliyyət göstərir. Bu qısa müddət ərzində çox böyük işlər görülüb. Qərbi Azərbaycanın 22 rayonundan bizim soydaşlarımız, bacılarımız və qardaşlarımız deportasiya olunub. Bu 22 rayonun hər birinin tanınmış ziyalıları, ictimai xadimləri, gəncləri, bir sözlə Qərbi Azərbaycan torpaqlarına bağlı olan yüzlərlə vətəndaş gəlib öz təkliflərini bildirir.

“Hazırda Qərbi Azərbaycan İcmasının strukturu tamamilə formalaşıb, bütün sahələri əhatə edən strukturlar var. Konsepsiya və fəaliyyət planı, eləcə də tədbirlər planı hazırdır. Hər kəs öz dəyərli fikirlərini bildirib. Əminəm ki, bizim sülh yolu ilə Qərbi Azərbaycana qayıdışımız zamanı istər Cənubi Azərbaycanın, istərsə də Azərbaycanın bütün bölgələrində olan vətəndaşlarımızın, bacı-qardaşlarımızın verdiyi fikirlər çox böyük dəstək olacaq", - deyə M.İbrahimqızı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.