DÜNYA


“Qərbi Balkan dördlüyü” adlı platforma yaradılıb

“Qərbi Balkan dördlüyü” adlı platforma yaradılıb

Podqoritsa, 30 mart, AZƏRTAC

Monteneqro, Şimali Makedoniya, Albaniya və Kosovodan ibarət “Qərbi Balkan dördlüyü” adlı platforma yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Şimali Makedoniyanın paytaxtı Skopyedə qəbul olunub.

Monteneqro Baş nazirinin müavini Dyordye Raduloviç, Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka, Kosovonun xarici işlər nazirinin müavini Kreşnik Ahmedi və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin iştirakı ilə keçirilən görüşdə dörd ölkənin rəsmiləri yeni geosiyasi reallıqlar, hibrid təhdidlər, enerji böhranı və Ukrayna müharibəsinin iqtisadi təsirləri məsələlərini müzakirə ediblər.

Buyar Osmani bildirib ki, iştirakçı ölkələrin nümayəndələri ilə birgə elan olunan yeni təşəbbüs Avropa İttifaqının xarici və təhlükəsizlik siyasətinə tam uyğundur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.