DÜNYA


Qərbi Balkan ölkələri Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım kampaniyalarına başlayıb

Sarayevo, 9 fevral, AZƏRTAC

Qərbi Balkan ölkələrindən Bosniya və Herseqovina, Serbiya və Monteneqroda Türkiyənin zəlzələ bölgələrinə dəstək məqsədilə humanitar yardım kampaniyalarına start verilib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinadakı xeyriyyə cəmiyyətləri Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım toplayır, indiyədək 100 mindən çox insan kampaniyaya qoşulub. Ümumilikdə 300 min avrodan çox vəsait toplandığı da bildirilib.

Bosniya və Herseqovinadan daha 64 nəfərlik xilasetmə qrupu həm quru yolu, həm də hava yolu ilə Türkiyəyə yola düşüb.

Serbiyadakı dərnəklərin təşkil etdiyi yardım kampaniyaları çərçivəsində zəlzələdən zərər çəkənlər üçün geyim, ədyal və gigiyena vasitələri toplanıb. Həmçinin maliyyə yardımlarının da bank hesabları vasitəsilə toplandığı qeyd olunub.

Monteneqronun paytaxtı Podqoritsada da zəlzələdən zərər çəkənlərə kömək etmək üçün xüsusi yerlər ayrılıb. Könüllülərin iştirakı ilə geyim, ayaqqabı və ədyal kimi yardımlar toplanır. Monteneqro İslam Birliyi də humanitar yardımın toplandığını açıqlayıb.

Bundan başqa, ölkədən əlavə axtarış-xilasetmə qruplarının və yanğınsöndürənlərin Türkiyəyə yola düşəcəyi bildirilib.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.