DÜNYA


Qərbi Balkan ölkələri Türkiyəyə yardıma hazır olduqlarını bildiriblər

Qərbi Balkan ölkələri Türkiyəyə yardıma hazır olduqlarını bildiriblər

Belqrad, 6 fevral, AZƏRTAC

Qərbi Balkan ölkələrinin liderləri Türkiyədə baş verən şiddətli zəlzələ ilə əlaqədar başsağlığı mesajları yayıblar.

AZƏRTAC xəbər verir ki, rəsmilər zəlzələdə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, Türkiyəyə kömək etməyə hazır olduqlarını vurğulayıblar.

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına ünvanlandığı məktubda ölkəsinin yardım etməyə hazır olduğunu bildirib.

Monteneqro Prezidenti Milo Cukanoviç Türkiyə və Suriyada baş verən zəlzələdən dəhşətə gəldiyini bildirib, Monteneqro xalqının həlak olanların ailələri və yaxınlarına həmrəyliyini ifadə edib.

“Dostumuz və müttəfiqimiz Prezident Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verirəm”, - deyə M.Cukanoviç vurğulayıb.

Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı teleqramında bildirib: “Nazirlər Şurası adından həlak olanların yaxınlarına və türk xalqına başsağlığı verirəm. Bosniya və Herseqovina dəstək olmağa hər zaman hazırdır”.

Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç isə ünvanlandığı həmrəylik mesajında zəlzələ nəticəsində insan tələfatına görə Türkiyəyə başsağlığı verib. O bildirib: “Türk xalqının yanındayıq, əlimizdən gələn köməyi etməyə hazırıq”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.