DÜNYA


Qərbi Balkan ölkələrində COVID-19-a qarşı vaksinasiya nisbətləri aşağı səviyyədədir

Belqrad, 20 oktyabr, AZƏRTAC

Əhalinin yeni növ koronavirus əleyhinə peyvənd olunma nisbəti Qərbi Balkan ölkələrinin əksəriyyətində 50 faizdən aşağı səviyyədədir. Belə ki, Serbiya, Bosniya və Herseqovinada bu göstərici 50 faizdən aşağıdır, Monteneqroda isə əhalinin yarıdan çoxu peyvənd olunub.

AZƏRTAC xəbər verir ki, Serbiyada COVID-19-a yoluxanların sayı ümumilikdə 1 milyon 62 min nəfərə çatıb, koronavirusun qurbanlarının sayı isə 9214-dür. Ölkədə koronavirusa yoluxmalar daha çox hamilə qadınlarda və uşaqlarda artıb. Yeddi milyon nəfərdən çox əhalisi olan Serbiyada bu vaxtadək 6 milyon 68 min doza peyvənd tətbiq edilib. Əhalinin 42 faizinin, təxminən 2 milyon 930 min nəfərinin hər iki doza peyvənd qəbul etdiyi bildirilir.

Vaksinasiya prosesinin ləng aparıldığı Bosniya və Herseqovinada bu vaxtadək əhalinin cəmi 15 faizi COVID-19-a qarşı peyvənd olunub. Bu göstərici ilə Qərbi Balkan ölkələri arasında ən geridə olan Bosniya və Herseqovinada indiyədək təxminən 508 min nəfərə hər iki doza peyvənd vurulub. COVID-19-a gündəlik yoluxma sayının 200 nəfər civarında olduğu ölkədə indiyədək 245 min 791 nəfər virusa yoluxub, 11 min 228-i isə bu virusdan ölüb.

Vaksinasiya prosesində qismən müsbət nəticə əldə edən ölkə isə Monteneqrodur. Belə ki, təxminən 650 min nəfər əhalisi olan Monteneqro koronavirusa qarşı vaksinasiya nisbətində 50 faizi ötə bilib, ölkədə 234 min 725 nəfərə hər iki doza peyvənd tətbiq edilib.

Mütəxəssislər Monteneqroda daha 200 min nəfərə peyvənd vurulacağı təqdirdə epidemiyanın nəzarət altına alınmasının mümkün olacağını bildirirlər. Ölkədə indiyədək 4811 nəfər COVID-19-a yoluxub, virusun qurbanlarının sayı isə 2036 nəfərdir.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.