ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universitetində hazırlanan layihə beynəlxalq müsabiqədə uğur qazanıb

Bakı, 18 may, AZƏRTAC

Qərbi Kaspi Universiteti Texnoparkının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən və üzvlərindən ikisi məktəbli olan “Vooby” startap layihəsi Türkiyənin İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində uğur qazanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 800-dək layihə arasında azərbaycanlı gənclərin təqdim etdiyi “Vooby” finala vəsiqə qazanıb. Qərbi Kaspi Universitetinin tələbəsi Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi “Vooby” ən innovativ 70 layihə sırasına düşüb. Layihə müəllifləri uğurlu iştiraka görə təltif ediliblər. Münsiflər layihənin innovativliyini və əhəmiyyətini xüsusi qeyd ediblər.

Layihə rəhbəri bildirib ki, bu platforma xarici dilləri öyrənmək istəyən insanları online olaraq bir araya gətirir. Layihə əlavə olaraq dərsliklərlə təchiz olunub. Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Bunun üçün öyrənmək istədiyini hesabında paylaşmaq kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür.

Layihə bu yaxınlarda Təhsil Nazirliyinin “Elektron təhsil” respublika müsabiqəsində birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.