ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universitetində ixtisas seçimi ilə bağlı təlim təşkil ediləcək

Bakı, 25 iyul, AZƏRTAC

Qərbi Kaspi Universitetində abituriyentlər və onların valideynləri üçün ixtisas seçimi mövzusunda təlim təşkil ediləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iyulun 27-də saat 11-də universitetin əsas binasında keçiriləcək təlimdə Dövlət İmtahan Mərkəzinin eksperti də iştirak edəcək.

Təlimin birinci panelində abituriyentlərə doğru ixtisas seçimi, ixtisas seçərkən nəzərə alınmalı məqamlarla bağlı tövsiyələr veriləcək, uğurlu ixtisas seçiminin və kodlaşdırmanın əhəmiyyətli prinsipləri şərh ediləcək, onları maraqlandıran suallar cavablandırılacaq. İkinci paneldə isə ixtisaslar və gələcək karyera imkanları ilə bağlı universitetin ayrı-ayrı fakültələrinin professor-müəllimlərinin təqdimatları olacaq.

Təlim ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.