ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universitetində məktəblilər üçün təlimlər davam edir

Bakı, 13 fevral, AZƏRTAC

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında keçiriləcək SUMO Lego robototexnika olimpiadasının təlimləri davam edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, olimpiadanın keçirilməsinin məqsədi əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği və məktəblilərin təcrübə işlərinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Olimpiada LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcək. Yarışmanın şərtinə əsasən iştirak edəcək hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Hazırlanacaq robotun ölçüləri eni və uzunluğu 15 santimetri, çəkisi min qramı keçməməlidir, hündürlüyü isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 santimetr, kənar ağ xətt cizgiləri 2,5 santimetr olan qara rəngli sahədə bir-birini sahədən kənara çıxarmaq məqsədilə döyüşəcəklər.

Yarışlara qatılmış məktəblilərlə yanaşı, hər bir orta məktəb şagirdi tamaşaçı qismində olimpiadada iştirak edə, robotların döyüşünü izləyə bilər. Yarışmada məktəblilərdən ibarət 40-dək komanda iştirak edəcək.

Qaliblər üçün mükafatlar nəzərdə tutulub. Birinci yerin qalibi min, ikinci yerin qalibi 800, üçüncü yerə layiq görülmüş iştirakçı isə 600 manat məbləğində mükafat qazanacaq. Dördüncü və beşinci yerlərin sahiblərinə isə qiymətli hədiyyələr veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.