ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universitetində məktəblilərə mühəndislik ixtisasları barədə məlumat verilib

Bakı, 14 iyul, AZƏRTAC

Qərbi Kaspi Universitetində gənclərin və məktəblilərin yay mühəndislik forumu keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir müasir əmək bazarında daha çox tələb olunan mühəndislik ixtisaslarına məktəblilər arasında marağın artırılması, bu sahənin təbliği məqsədilə təşkil edilib.

Forumda məlumat verilib ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Texnopark fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb və ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Burada orta məktəb şagirdləri müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edilir, eləcə də onların bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün tədbirlər həyata keçirilir. Bu da məktəblilərin mühəndislik sahələrinə maraqlarını artırır,

Forumda mühəndislik ixtisasları barədə məlumat verilib, peşəkar mühəndislərin sənayenin, iqtisadiyyatın inkişafındakı rolu şərh edilib.

Daha sonra bu günlərdə məktəblilər arasında keçirilmiş LEGO və robototexnika olimpiadasının qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.