ELM VƏ TƏHSİL


Qərbi Kaspi Universitetinin müəllimləri Rumıniya Universitetində

Bakı, 13 iyun, AZƏRTAC

Qərbi Kaspi Universitetinin müəllimləri Rumıniyanın Pitesti Universitetində dərs deyiblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Günay Mustafayeva psixologiya, Günel Bahaddinova fizika, Nigar Bağırova isə menecment ixtisası üzrə bilik və təcrübələrini bir həftə ərzində rumıniyalı tələbələrlə bölüşüblər.

“Erasmus+” mübadilə proqramı çərçivəsində gerçəkləşən səfər çərçivəsində azərbaycanlı müəllimlər Pitesti Universitetinin metodiki təcrübəsi ilə də tanış olublar.

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak imkanı yaradır. Hazırda “Erasmus+” və “Mövlanə” mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər. Qərbi Kaspi Universiteti dünyanın nüfuzlu ali təhsil ocaqları ilə müəllim və metodika mübadiləsi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.