İQTİSADİYYAT


Qəri Counz: Azərbaycanda BP-nin işçi heyətinin 90 faizi milliləşib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanda BP-nin işçi heyətinin 90 faizi milliləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O bildirib ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP əməliyyatların təhlükəsiz, səmərəli və ekoloji baxımdan məqsədəuyğun şəkildə həyata keçirilməsində uğurlu təcrübəyə malikdir. Xəzər regionunda dünya miqyaslı layihələrini həyata keçirərkən şirkət öz yerli işçi heyətini inkişaf etdirməyi prioritet hədəf kimi qarşıya qoyub. BP şirkətində hazırda 2 min 550 nəfərdən çox yerli əməkdaş çalışır, o cümlədən dənizdə və quruda yerləşən sahələrdə 1150 nəfər ixtisaslaşmış kadr işləyir, 350 nəfər yüksək səviyyəli rəhbər işçi mövcuddur, regional rəhbərlik qrupunun 7 üzvü Azərbaycan vətəndaşıdır. 2013-cü ildən bu vaxtadək 300 nəfər gənc mütəxəssis işə götürülüb. İndiyədək 300 yerli əməkdaşın təhsilinə dəstək verilib. BP, həmçinin podratçılarını da öz yerli işçi qüvvəsini artırmağa təşviq edir. “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri çərçivəsində işlərin intensiv dövründə Azərbaycanda 24 min nərədən çox işçi qüvvəsi cəlb edilib və onların əksəriyyəti Azərbaycan vətəndaşları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.