Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 3 milyardıncı barrel neft ixrac olunub

Bakı, 16 iyul, Nihad Budaqov, AZƏRTAC

Ceyhan limanından xam neftin 3 milyardıncı barrelinin nəql olunması Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin əldə etdiyi əlamətdar nailiyyətdir.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

O qeyd edib: “Ceyhan limanından xam neftin 3 milyardıncı barrelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir. İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir”.

“Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı - işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır.

Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri möhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”, - deyə BP-nin regional prezidenti əlavə edib.

Qeyd edək ki, iyulun 14-də Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı barreli 3 min 929-cu tankerə yüklənərək dünya bazarına yola salınıb. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi də 2006-cı ilin isti yay günlərinə təsadüf edirdi. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 kilometr məsafəni qət edərək nəql olunmuş təxminən 600 min barrel həcmində “Azəri-Çıraq-Günəşli” xam neftindən ibarət ilk yük 2006-cı il iyunun 4-də “British Hawthorn” tankerinə yükləndi və yeni Ceyhan Dəniz Terminalından yola salındı. Yeri gəlmişkən, ilk tankerin yola salınması məhz 12 il əvvəl iyulun 13-də regionun dövlət və hökumətlərinin rəsmilərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş möhtəşəm tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Hazırda bütün bunlar tarixin səhifələrində qalıb, tarix olmayan isə BTC-nin Xəzərin karbohidrogenlərini son 12 il ərzində təhlükəsiz, səssiz, etibarlı, gözə görünmədən və minimum risk ilə nəql etməkdə davam etməsidir.

Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaratmışdır. Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir: “Bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

Xatırladaq ki, 1768 kilometr uzunluğunda və gündəlik ötürücülük gücü 1,2 milyon barrel olan BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Boru kəməri 46, 42 və 34 düyümlük boru xətlərindən ibarətdir. Üç tranzit ölkə boyu səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu və həm yeraltı, həm yerüstü kommunikasiya xətləri ilə və eləcə də Türkiyədə eni 500 metrədək çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub - layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22 min nəfər cəlb olunmuş (bunların demək olar 80 faizini yerli işçilər təşkil edib), 110 milyondan artıq nəfər-saat sərf edilib, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş - bu Yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir - 220 min ədəd boru qaynaq edilib.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. 2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barrelə çatıb. 2017-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə təqribən 34 milyon ton, yəni 256 milyon barrel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 333 tankerə yüklənib. Cari ilin ilk 3 ayında isə BTC ilə təqribən 63 milyon ton və ya 8,3 milyon barrel xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib. 2006-cı ilin iyunundan cari ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə 391 milyon tondan çox, təxminən 2,93 milyard barrel xam neft nəql edilib və Ceyhan limanında 3 min 839 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Bu ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

2003-cü il iyulun 30-da BTC-nin inşasına başlanılıb. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.

Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyümlükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən sonuncu eniş boyu hissədə isə 34 düyümlüyədək azalır.

Kəmərin istismar müddəti 40 il nəzərdə tutulub. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (əvvəlki “Statoil”) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Xırdalan 0.0”ın tərəfdaşlığı ilə “Baku Investment Day 2025” uğurla keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərov Tovuzda dəfn olunub

Tarixdən əvvəlki dövrdə - təqribən 10 min il əvvəl yaşamış qadının üz cizgiləri bərpa edilib

Azərbaycanın Özbəkistanda Ticarət Nümayəndəliyi yaradılacaq

İmtahanda yüksək nəticə göstərən abituriyent: Sosial şəbəkələrdən uzaq durmağa çalışırdım

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rolu təqdir olunub

Diplomatik korpusun nümayəndələri Laçında olublar – YENİLƏNİB FOTO

Azərbaycan-Türkiyə münasibətləri dövlətlərarası əməkdaşlığın, qarşılıqlı dəstəyin bariz nümunəsidir - ŞƏRH

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

Respublika üzrə pensiyaların ödənilməsi sabah yekunlaşdırılacaq

Bahar Muradova Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

“Neftçi” təlim-məşq toplanışı üçün Polşaya gedəcək

I Özbəkistan-Azərbaycan Sənaye və İqtisadi Zonaları Forumu keçiriləcək

Azərbaycan və Özbəkistan arasında sənaye əməkdaşlığı proqramı hazırlanacaq

Misir gərginliyin azaldılması üçün Avropanın səylərinin davam etdirilməsini istəyir

“AnewZ” telekanalı Sudanda müharibə haqqında sənədli filmi təqdim edib

Mikayıl Cabbarov: Özbəkistanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması razılaşdırılıb

Nurlan İsmayılbəyli: Müəllimlərin sertifikatlaşdırılması prosesində 95 faiz davamiyyət qeydə alınıb

SOCAR Qaraqalpaq investisiya blokunda geoloji kəşfiyyat işləri apara bilər

Polşalı qapıçı “Qarabağ”dan ayrıla bilər

Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçiriləcək

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir isbatıdır - RƏY

Baş Prokurorluğun idarə rəisi GRECO nümayəndə heyətinin tərkibində Türkiyədə görüşlər keçirib

Nazir: Özbəkistan Azərbaycan investorları üçün əsas tərəfdaşlardan biridir

Xaricdə yaşayan azərbaycanlı gəncləri birləşdirən “Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib

Bonn İqlim Sammiti: Fikir ayrılıqlarına baxmayaraq, müzakirələr davam edir

“NBC News”: Donald Tramp İrana hava hücumu variantını dar çərçivədə müzakirə edir

Şahmat üzrə “Sheki Open” turnirinin açılış mərasimi keçirilib

“Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur

Sabahdan İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası işə başlayacaq

Bu il ADPU-dan 4400-dən çox tələbə məzun olur

Gürcüstan parlamentariləri Azərbaycan-Ermənistan sülh prosesinin gedişi barədə məlumatlandırılıb

BMT TŞ Əfqanıstanda dərinləşən böhranı müzakirə edəcək

İnçon şəhərindəki Beqhak ibtidai məktəbində “Azərbaycan günü” keçirilib

Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Dünya çempionatı: Azərbaycan cüdo millisi qarışıq komanda yarışında mübarizəni dayandırıb

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və peşə imkanları günü” adlı tədbir keçirilib VİDEO

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və peşə imkanları günü” adlı tədbir keçirilib VİDEO

Kənd təsərrüfatı naziri Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Qazaxıstandan taxıl idxalını kəskin artırıb

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri təşkil olunub VİDEO

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri təşkil olunub VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalı milli cizgi filmlərinin yayımına başlayıb

Estoniya və Finlandiya arasındakı sualtı kabel kommersiya istifadəsinə verilib

Beynəlxalq Simpoziumda Böyük Qayıdışla bağlı məlumat verilib

Yeni rekord: Mərakeş cəmi 5 ay ərzində 7 milyondan çox turist qəbul edib

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

Doktorantura və dissertanturaya xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək

Teymur Musayev: Orta tibb işçiləri səhiyyə sisteminin əsas sütunlarıdır

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

“Real Madrid”in xorvatiyalı sabiq futbolçusu: “Zirə” meydanda özünü yaxşı tərəfdən göstərən komandadır – EKSKLÜZİV MÜSAHİBƏ

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib VİDEO

“Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub

Opera və Balet Teatrı “Qu gölü” baletini Heydər Əliyev Sarayının səhnəsində təqdim edib

“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb

Həbib Nurməhəmmədov və İslam Maxaçev “Qarabağ”ın bazasında olublar

Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb

Qara Qarayev: Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük

Çin Rusiyadan neft idxalını azaldıb

Tanzaniyalı gənc ekofəal: COP29 ən önəmli tədbirlərdən biri olub

Bərdədə satış mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiqlənib FƏRMAN

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan” məhəlləsi qardaşlığın və birliyin rəmzidir ŞƏRH

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Sabah”ın yeni baş məşqçisi müəyyənləşib

Argentinada işsizlik son dörd ilin ən yüksək səviyyəsinə çatıb

ADA Universitetində Məzun günü keçirilib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi regionun gələcək potensialının simvoludur ŞƏRH

“Zirə”nin portuqaliyalı qapıçısı: “Hayduk”la matçlarda özümüzü meydanda döyüşçü kimi göstərməliyik

RF rəsmisi Ermənistanın hava məkanını Rusiya təyyarələri üçün bağlaması ehtimalından narahatlıq ifadə edib

Assosiasiya rəsmisi: İqlim və digər amillər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edir

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238 faiz artıb

Hesabat: İnkişaf etməkdə olan ölkələrdə təhsil və səhiyyənin maliyyələşdirilməsi borcların restrukturizasiyasını zəruri edir

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 7-ci kitabı çapdan çıxıb

Media: Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti tikir

İsrail Tehrana silsilə zərbələr endirib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımız arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi - RƏY

Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər

Sabah hava əsasən yağmursuz olacaq

İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşəcək

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirilib

Nandan Qautam: Yoqa - xoşbəxt olaraq qalmaq bacarığıdır MÜSAHİBƏ

Cəlilabadda 9 yaşayış məntəqəsinin yolu yenidən qurulur VİDEO

Cəlilabadda 9 yaşayış məntəqəsinin yolu yenidən qurulur VİDEO

® “Azercell”in “DataMinds” bootcamp proqramına qeydiyyat davam edir

İsrail və İranın qarşılıqlı hava hücumları davam edir

Cəbiş müəllim obrazı ilə yaddaşlara hopmuş Süleyman Ələsgərovun bu gün doğum günüdür

Yaponiyada istivurma nəticəsində ölüm və xəstəlik halları artır

NİİM: Yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub

“İdarəetmədə multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib

İTSDA-nın şöbə müdiri: Onkoloji xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi istiqamətində iş aparılır

İtaliyada nəqliyyatçılar tətil edirlər

Neftçi olmaq istəyən abituriyent imtahanda 400 bal topladı - REPORTAJ VİDEO

Neftçi olmaq istəyən abituriyent imtahanda 400 bal topladı - REPORTAJ VİDEO

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılması Türkiyə və Şimali Kipr mediasının diqqət mərkəzində olub

Son beş ayda müavinətlər üzrə 460, Prezident təqaüdləri üzrə 290 milyon manat ödənilib

UEFA Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının vaxtı bəlli olub

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru: Regional mərkəzlərin yaradılması əsas məqsədlərimizdəndir