CƏMİYYƏT


Qəsdən adam öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini saxlanılıb

Bakı, 13 fevral, AZƏRTAC

Qəsdən adam öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.