CƏMİYYƏT


Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 10 iyul, AZƏRTAC

Şabran şəhər sakini Rəşid Əhmədov iyulun 9-da saat 21 radələrində xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində R.Əhmədova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Həkimlərin səylərinə baxmayaraq, R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.