CƏMİYYƏT
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın cəsədinin yaşadığı S.Bağırov küçəsi, ev 14 ünvanında tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyənləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.