CƏMİYYƏT
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 26 dekabr, AZƏRTAC
Ağır cinayət törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a qəsdən adam öldürməkdə şübhəli bilindiyi üçün axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki Yol Patrul Xidməti postunda yoxlama məqsədilə saxlanılıb.
Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkarlanaraq götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.