CƏMİYYƏT
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslərin evdən pul və qızıl-zinət əşyaları oğurlamaları da müəyyənləşib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 27-də qəsdən adam öldürməkdə şübhəli bilindiklərinə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan E.Bağırovun və Q.Quliyevla bağlı aparılmış əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən üç baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən iki baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar.
Hadisə ilə bağlı təhqiqat davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]