CƏMİYYƏT


Qəsdən yanğın törətməkdə şübhəli bilinən Astara rayon sakini saxlanılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilib və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.