DÜNYA


Qətər 22 il ərzində Çini LNG ilə təmin edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Qətər 22 il ərzində Çini mayeləşdirilmiş təbii qazla (LNG) təmin edəcək.

AZƏRTAC xəbər verir ki, Qətərin “Qatargas” enerji şirkəti Çinin “PetroChina International” şirkətinə ildə 3,4 milyon ton LNG göndərəcək. Tərəflər 22 illik müqavilə imzalayıb.

Çinə LNG “Qatar Petroleum”, “Total” və “ExxonMobil”in birgə səhmdarı olduqları “Qatargas 2” layihəsi çərçivəsində göndəriləcək. Qətər Çinə ilk LNG yükünü bu ay çatdıracaq.

Çinin LNG idxalı ötən il 46 faiz artaraq 38,1 milyon tona çatıb. 2020-ci ilə qədər idxalın 70 faiz artaraq 65 milyon tona çatacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.