DÜNYA


Qətər 25 il ərzində ilk dəfə İraqa səfir təyin edib

Qahirə, 11 sentyabr, AZƏRTAC

Qətər 25 il ərzində ilk dəfə İraqa diplomatik nümayəndə təyin edib. QNA rəsmi informasiya agentliyi xəbər verir ki, Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunub. Z.Hayari daha əvvəl Qətərin İordaniyada səfiri işləyib.

Xatırladaq ki, Qətərin Bağdaddakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdı.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.