QAN YADDAŞI


Qətər Dövlətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Qətərdəki səfirliyində anım tədbiri keçirilib.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, həmçinin qardaş Türkiyənin bu ölkədəki səfiri Mustafa Göksü iştirak ediblər.

Tədbirdən əvvəl Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra səfir Rəşad İsmayılov Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. Xocalı soyqırımının XX əsrdə mülki və dinc əhaliyə qarşı törədilmiş ən qəddar cinayət əməllərindən biri olduğunu qeyd edən səfir Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı da oxşar əməllərə əl atdığını, mülki əhalini hədəfə aldığını bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Qətərdəki səfiri M.Göksu Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıb və Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş sənədli filmi nümayiş etdirilib.

Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi də təşkil olunub, kitablar və müxtəlif materiallar nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.