DÜNYA


Qətər əmiri Çexiyaya səfərini yarımçıq qoyaraq Praqanı tərk edib

Bakı, 6 oktyabr, AZƏRTAC

Çexiya Prezidenti Miloş Zemanın dəvəti ilə bu ölkəyə gələn Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani üç günlük səfərini yarımçıq dayandıraraq Praqanı təcili tərk edib.

AZƏRTAC xəbər verir ki, Deník N portalının məlumatına görə, Qətər əmiri Çexiya diplomatiyasının təmin edə bilmədiyi tələblər irəli sürüb. Şeyx Təmim bin Həməd Al Tani oktyabrın 5-də yerli vaxtla saat 22:00-da Praqadan ayrılıb.

Qətər əmiri səfər çərçivəsində Çexiya Prezidenti Miloş Zemanla danışıqlar aparıb və respublikanın Baş naziri Petr Fiala ilə görüşüb. O, həmçinin oktyabrın 7-də Praqada Avropa İttifaqı ölkələrinin liderləri ilə görüşməli idi. Çexiya Prezidenti iqamətgahının beynəlxalq əlaqələr departamentinin rəhbəri İrji Yindrak əmirin səfərini vaxtından əvvəl dayandırmasına onun Avropa Siyasi Birliyinin iclasında iştirakına icazə verilməməsinin səbəb olduğunu bildirib. Əmir Çexiyanın paytaxtından Londona yola düşüb.

Bu arada Çexiya Prezidenti iqamətgahının nümayəndəsi İrji Ovçaçek zəngin təbii qaz ehtiyatlarına malik Qətərlə danışıqların Rusiya qazından asılılığın aradan qaldırılmasına kömək edəcəyini demişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.