MƏDƏNİYYƏT
Qətər ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkənin dövlət naziri, Qətər Milli Kitabxanasının prezidenti Həməd bin Əbdüləziz Əl-Kuvari ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan müvafiq hüquqi sənədlər, o cümlədən “Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Səfir R.İsmayılov mövcud hüquqi bazadan çıxış edərək, Qətər oxucularının ölkəmiz barədə məlumatlılığının artırılması məqsədilə Qətər Milli Kitabxanasının Azərbaycana dair kitab və digər informasiya materialları ilə təmin edilməsinin mümkünlüyün vurğulayıb.