SİYASƏT


Qətər qəzetlərində Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı məqalələr dərc edilib

Bakı, 10 may, AZƏRTAC

Qətərin “Əl-Arab” və “The Peninsula” qəzetlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məqalələr dərc olunub.

Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərdən biri olduğu, onilliklər ərzində həyatını xalqımızın əmin-amanlığına, ölkənin sabitliyinə və dövlətçiliyin möhkəmlənməsinə həsr etdiyini, xalqının yaddaşında tarixi lider və ölməz şəxsiyyətə çevrildiyi vurğulanır.

Qeyd olunur ki, Heydər Əliyevin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda gənclərin təhsil almasını, onların keçmiş İttifaqın qabaqcıl universitetlərində təhsil almaları üçün şəraitin yaradılmasını ən mühüm prioritetlərdən biri kimi müəyyənləşdirib.

Həmçinin bildirilib ki, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də - sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Ulu öndər Heydər Əliyevin müstəqilliyin bərpasından sonra ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın tələbi ilə hakimiyyətə qayıtdığı və ölkəni üzləşdiyi fəlakətdən məharətlə çıxardığı vurğulanıb.

Yazılarda, eyni zamanda, 1993-2003-cü illərdə Ulu Öndərin Azərbaycana rəhbərliyi ölkədə sabitlik və inkişaf dövrü ilə yadda qaldığı, onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dinamik inkişaf edən, görünməmiş iqtisadi artım templərinə malik regional lider dövlətə, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirdiyi qeyd olunub.

Bununla yanaşı, diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsində böyük Zəfər qazanaraq işğal altındakı torpaqlarını azad edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.