REGİONLAR


Qətər səfiri: Qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik VİDEO

Gəncə, 12 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Bu gün Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır. Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.