İDMAN


Qətərdə Formula 1 yayımı piratçılıq səbəbindən dayandırılacaq

Bakı, 12 fevral, AZƏRTAC

Qətərin “BeIN Sports” televiziya şəbəkəsi pirat kontentin yayılması ilə bağlı narazılıq səbəbindən Formula 1-lə müqavilənin müddətini uzatmayıb.

AZƏRTAC “PitPass”a istinadla xəbər verir ki, Formula 1 ilə Qətər mediaholdinqi arasında qüvvədə olan razılaşmanın müddəti 2018-ci ilin dekabrında başa çatıb.

Buna səbəb “BeoutQ” Yaxın Şərq kanalında Formula 1 yarışlarının pirat yayımı olub. Oyunlar “BeIN Sports” telekanalının şəkli və şərhləri ilə orijinaldan 10 saniyə fərqi ilə translyasiya edilib.

Qeyd etmək yerinə düşər ki, bu, “BeoutQ” telekanalı tərəfindən Səudiyyə hökumətinə məxsus operator vasitəsilə pirat translyasiyaları ilə bağlı artıq ilk hal deyil. Bundan əvvəl “BeoutQ” telekanalı futbol üzrə dünya çempionatı, Çempionlar Liqası, İngiltərə Premyer Liqası və digər idman yarışlarının pirat yayımlarında da ittiham edilib. “BeoutQ” telekanalının sahibləri və sponsorları indiyədək məlum deyil. Ötən ilin iyun ayından Formula 1 Səudiyyə Ərəbistanı şirkətinə qarşı təhqiqat aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.