DÜNYA


Qətərdə asfalt niyə mavi rəngə boyanır?

Bakı, 18 may, AZƏRTAC

Qətərdə dövlət strukturlarının təklifi ilə asfalt mavi rəngə boyanır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Qətər isti ölkə olduğundan yayda asfalt qara rəngə görə günəşin təsiri altında çox qızır. Asfalt örtüyünün temperaturu ətraf mühitin temperaturundan orta hesabla 20-25 dərəcə yüksək olur. Digər tərəfdən, yayda daimi istilik yol səthinin pozulmasını sürətləndirir. Həmçinin qızdırılan asfalt keyfiyyətini itirir və avtomobillərin hərəkəti üçün təhlükəli ola bilər.

Qətər bu problemi mavi boyanın köməyi ilə həll etməyə çalışır. Hazırda yollar yalnız təcrübə kimi boyanır. Bunun üçün Doha şəhərində Abdullah bin Jasem adına bir küçə seçilərək mavi rəngə boyanıb. Asfaltın istiliyi 1,5 il müddətində müşahidə olunacaq. Əgər mavi boya günəşdəki istiliyin 15-20 dərəcə aşağı düşməsinə kömək edəcəksə, onda bu texnologiya bütün ölkədə istifadə olunmağa başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.