İDMAN


Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionu açılıb

Bakı, 17 may, AZƏRTAC

Fransanın frans-press agentliyinin verdiyi məlumata görə, mayın 16-da Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, “Al-Vakra” adlanan bu stadionun açılışı münasibətilə Qətər əmiri kuboku uğrunda “Al-Duhayl” və “Al-Sadd” komandaları arasında final oyunu keçirilib. Bu görüşdə “Al-Duhayl” 4:1 hesabı ilə qalib gəlib.

Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanmış bu stadion 40 min tamaşaçı tutur. Stadionun tikintisi 575 milyon dollara başa gəlib.

Dünya birinciliyi başlanana qədər Qətərdə 8 stadion tikiləcək və ya əsaslı şəkildə yenidən qurulacaq. Artıq istifadəyə verilmiş birinci arena Dohada yerləşən və 40 min tamaşaçı tutan “Xəlifə” stadionudur.

Xatırladaq ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Doha, Lusai, Al-Vakra, Al-Hora, Ər-Rayan, Ümm-Salal və Aş-Şamal şəhərlərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.