SİYASƏT


Qətərdəki soydaşlarımız Anım Günü ilə bağlı bəyanat yayıblar

Bakı, 28 sentyabr, AZƏRTAC

Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanat Qətərdəki dövlət qurumlarına və müxtəlif təşkilatlara ünvanlanıb.

Bəyanatda qeyd edilib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə cavab verib. 44 gün ərzində davam edən Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində işğal altında qalan Qarabağ bölgəsinin azad edildiyi, Ermənistanın onilliklər ərzində Azərbaycan torpaqlarında törətdiyi hərbi, ekoloji cinayətlərin, vandalizmin və qeyri-qanuni fəaliyyətlərinin üzə çıxdığı, hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə minalardan təmizlənmə prosesini həyata keçirdiyi, yenidənqurma və tikinti işlərinə başladığı nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq ictimaiyyət Azərbaycanın regionda davamlı sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.