DÜNYA


Qətərdən Qəzzaya daha bir yardım

Bakı, 12 mart, AZƏRTAC

Qətər hökuməti Qəzzaya daha bir yardım layihəsi imzalayıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi Doha Qəzzada yanacaq anbarı, komissiya mərkəzi və məscid tikintisi üçün 1,7 milyon dollar ayırıb. Ayrılan vəsaitin 350 min dolları yanacaq anbarı, 630 min dolları komissiya mərkəzi, 704 min dolları isə məscid inşasına sərf olunacaq.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Qətər hökuməti Qəzza əhalisinə 150 milyon dollarlıq humanitar yardım göndərmişdi. Bu il yanvarın 28-də isə rəsmi Doha Qəzzada humanitar problemlərin həlli üçün BMT-yə 20 milyon dollar ayırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.