SİYASƏT


Qətərin “Əl-Şərq” qəzeti Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb

Bakı, 18 oktyabr, AZƏRTAC 

Qətərin ərəb dilində nəşr olunan və ölkədə ərəb dilli qəzetlər arasında ən geniş oxucu kütləsinə malik “Əl-Şərq” qəzetində Ermənistanın oktyabrın 17-də Gəncə şəhərinin mülki əhalisini ballistik raket atəşinə tutması ilə bağlı yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda hücum nəticəsində 2-si uşaq olmaqla 12 mülki şəxsin həyatını itirdiyi, 40 nəfərin yaralandığı, evlərə və digər mülki obyektlərə zərər dəydiyi qeyd edilib.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şəxsi “Twitter” hesabından etdiyi paylaşımlara istinadən bildirilib ki, Ermənistanın mülki əhalini atəşə tutması döyüş meydanında aldığı məğlubiyyətlər səbəbindəndir və məqsədyönlü şəkildə həyata keçirilmiş bu aktlar Ermənistanın acizliyinə dəlalət edir.

Yazıda dağılmış 20-dən çox mənzilin dağıntıları altından yaralıların və həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.