CƏMİYYƏT


Qətərli jurnalistlər Mətbuat Şurasında olublar

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Qətərin Azərbaycanda səfərdə olan bir qrup jurnalisti və bloqqeri Azərbaycan Mətbuat Şurasında olub. Bu barədə AZƏRTAC-a Şuradan məlumat verilib.

Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açıb. O, Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist axınının olduğunu vurğulayaraq, bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərini qeyd edib. Qətərli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminlik ifadə edilib.

Görüşdə qətərli jurnalistlərin və bloqqerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının, jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.