MƏDƏNİYYƏT


“Qətibə İnanc” yenidən səhnədə...

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yeni tamaşalardan olan “Qətibə İnanc” növbəti dəfə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunan tamaşada rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Rövşən Kərimduxt, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcək.

Rəsmlərinin quruluşçusu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.